ManşetSosial

Hövsan sakinləri yolsuz qalıblar: “Əziz Əzizov deyir ki, hər kəs öz probemini özü həll etsin”

Hövsan sakinləri JAMAZ.İNFO-nun elektron poçtuna şikayət məktubu göndəriblər. Onlar bildirirlər ki, qəsəbədəki məscidin qarşısından – Oqtay Şabanov küçəsinin başlanğıcından keçən magistral yol uzun illərdir ki, bərbad vəziyyətdədir.

Şikayətçilər qeyd edirlər ki, mərkəzi poçtdan cəmi 50 metr məsafədə yerləşən, hər gün minlərlə insanın – yaşlı, uşaq, qadının istifadə etdiyi yol uzun illərdir ki, istifadəyə yararsızdır. “Istismar müddətini çoxdan başa vuran, çala-çuxurla dolu olan magistral yolun təmiri ilə bağlı yüzlərlə vətəndaş Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsə də, icra başçısı Əziz Əzizov bu müraciətlərin heç birinə əhəmiyyət vermir”.

Hövsan sakinləri iddia edirlər ki, bugünlərdə vətəndaşlardan birinin yolun təmiri ilə bağlı xahişinə özünəməxsus laqeydlikə cavab verən Əziz Əzizov deyib ki, “kim nədən narazıdırsa, nəyi bəyənmirsə, zəhmət çəksin həmin problemi özü öz vəsaiti hesabına həll etsin”. “Sual olunur, madam ki, icra başçısı vətəndaşa, xalqa xidmət etmir, o zaman o, başçı kimi kimə, nəyə lazımdır? Məgər Prezident Əziz Əzizovu ona görə başçı təyin edib ki, ondan kömək istəyən, rayonun problemini dilə gətirən sakinlərə “öz probleminizi özünüz həll edin” desin?”

Onlar qeyd edirlər ki, yolun yararsız vəziyyətdə olması payız və qış mövsümündə daha ciddi problemlərə səbəb olur. “Yağış sularının qalaqlandığı yol özü böyüklüyündə gölə çevrilir. Bu, yoldan hər gün bir neçə dəfə istifadə etməli olan məktəblilər, eləcə də məscidə üz tutan dindar kəsim üçün xüsusilə ciddi probelm yaradır. Xahiş edirik ki, özü özünü vətəndaşa xidmət etmək borcundan azad edən, bütün problemlərin həllini sadə vətəndaşların öhdəsinə buraxan Əziz Əzizovun özbaşınalığını ictimayiləşdirməyə kömək edəsiniz. İstəyirik ki, icra başçısının məktəbə, məscidə, minlərlə insana etdiyi bu hörmtəsizliyi ölkə başçısı bilsin və ondan etdiyi özbaşınalıqların hesabını sorsun”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button