ManşetSiyasət

Hikmət Hacıyev: “Qarabağ erməniləri vətəndaşlıq üçün Bakıya müraciət etməlidir”

“Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Bu həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını tanıyırlar”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentininköməkçisi, Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, qanun nöqteyi-nəzərindən Qarabağda doğulan ermənilər Azərbaycan vətəndaşlarıdır. “Lakin Qarabağın Ermənistan tərəfindən işğalı zamanı İrəvan ilhaq siyasəti həyata keçirib və regionun demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar verib”.

Hacıyev vurğulayıb ki, Azərbaycan Qarabağda ermənilərin dil, mədəni, dini və bələdiyyə hüquqlarının qorunub saxlanmasına təminat verir. “Azərbaycanın müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının iştirakçısıdır. Bu cür konvensiyalar çərçivəsində biz Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button