ManşetSiyasət

Hikmət Hacıyev: “Brüsseldə yüklərin Ağdam yolu ilə daşınması razılaşdırılıb”

Ermənistanın Laçın dəhlizi vasitəsi ilə Xankəndinə humanitar yük daşıma adında təxribatı davam edir. JAMAZ.İNFO xəbər verir ki, baş nazir Nikol Paşinyan bu gün məsələ ilə əlaqədar hətta hökumətin iclasını da çağırıb.

O iclasda bildirib ki, Xankəndinə göndərilməsi nəzərdə tutulan 360 ton yük sərhəddə qalıb. “Lakin Azərbaycan tərəfi yükləri buraxmaq istəmir”.

Paşinyan iddia edib ki, guya, yükləri buraxmamaqla Azərbaycan Qarabağdakı erməniləri acınadan öldürmək istəyir.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri, dövlət başçısının müşaviri Hikmət Hacıyev özünün “Twitter” mikrobloqunda bu barədə yazaraq bildirib ki, Ermənistan tibbi evakuasiya və təchizat üçün istifadə oluna biləcək Laçın yolu ilə bağlı siyasi spekulyasiyalarla məşğuldur.

Hikmət Hacıyev qeyd edib ki, Brüsseldə keçirilən görüşdə tədarük üçün Ağdam-Xankəndi yolunun istifadəsi ilə bağlı razılıq əldə olunub. “Bu məsələ Beynəlxalq Qızıl Xaç Komitəsinin bəyanatında da qeyd olunub”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button