CəmiyyətManşet

Hərbçilərimiz Şuşadakı erməni pullarını Xankəndidə dollara dəyişib – İDDİA

Qarabağda hərbi qulluqda olan Azərbaycan Ordusunun hərbçiləri ilə bağlı maraqlı məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, məlumatı Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yayıb.

Məlumatda deyilir ki, Şuşa və Hadrutda qulluq edən Azərbaycan hərbçiləri ermənilərə Ermənistanın valyutası olan dram satırlar. Məlumata əsasən 100 min dramı 100 dollara satan hərbçilərimiz bu işi Hadrutda həyata keçiriblər. “Hraparak”ın iddiasına görə, erməni pulları faktiki kursla iki dəfə ucuz satılır. “Söhbət böyük məbləğli pullardan getmir. Belə bir pul dəyişməsi Hadrutda qeydə alınıb. Bir həftə sonra isə məlum olub ki, həmin seriyada olan pullar qüvvədən düşmüş sayılıb və dövriyyədən çıxarılıb. Sonradan o da məlum olub ki, Azərbaycan hərbçiləri rus sülhməramlılarının müşayəti ilə Xocavənd və Xankəndiyə gedərək, oradakı dükanlardan ərzaq və digər mallar alıblar”.

Xatırladaq ki, müharibə dövründə Şuşadakı erməni banklarında toplam 5 milyard darama yaxın pulun qaldığı, onun aqibətinin məlum olmadığı barədə hələ noyabr ayında xəbər yayılmışdı. Ermənistan mətbuatı həmin pulların Azərbaycanın əlinə keçəcəyini istisna etmirdi. Lakin bəzi məlumatlarda Şuşadakı erməni pullarının hələ noyabrən əvvəlində Nikol Paşinyan və Arayik Harutyunyanın adamları tərəfindən çıxarılaraq, Ermənistandakı banklardan birinə gizlicə yerləşdirildiyi qeyd edilirdi. “Hraparak” qəzeti də dərc etdiyi xəbərdə güman edib ki, hazırda Azərbaycan hərbçilərinin Qqarabağda dəyişdiyi və dükanlardan alış-verişi elə həmin pullarla edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button