ManşetMedia

Gündüz Ağayevdən yeni qalmaqal: Karikaturist Qarabağın kimə məxsus olduğunu bilmir? –VİDEO

Bir neçə gün əvvəl Bakıdan Xankəndinə yük göndərilməsinə dair karikatura çəkən rəssam Gündüz Ağayev, həmin karikaturasına görə ciddi tənqid olunmuşdu. JAMAZ.İNFO xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı gedən müzakirələrdə Gündüzn karikaturasına ikili münasibət var idi.

Birinci münasibət, onun “satqın”, “xain” olması, Azərbaycanın maraqlarını satması fonunda özünü göstərirdi. Bir çoxları bu karikaturaya görə, Gündüz Ağayevi təkcə sərt tənqid etmirdi, həm də təhqirə məruz qoyurdular.

İkinci yanaşma isə hadisə ifadə və yaradıcılıq prizmasından baxışı ehtiva edirdi. Bu fikirdə olanlar bildirirlər ki, Gündüz öz ifadə və yaradıcılıq azadlığından istifadə edərək, belə bir karikatura ortaya qoyub və buna görə tənqid oluna bilməz.

Lakin dünən jurnalist İsmayıl Cəlilovun verilişinə çıxan Gündüz Ağayev müzakirə üçün başqa bir mövzu yaradıb. Bu dəfə o, “Qarabağ kimindir” sualına cavab verərəkən, tərəddüd etməsi ilə yanaşı, həm də onun Azərbaycana məxsus olmadığı fikrini dolayısı ilə səsləndirib. Belə ki, jurnalist ona “Gündüz, Qarabağ kimindir” sualını verib.

Cavabında isə karikaturist “Onu gələck göstərəcək. Mən indi deyə bilmərəm kimindir. Gələcəkdə məlum olacaq ki, Qarabağ kimindir” ifadələrini işlədib.

Qeyd edək ki, Gündüz Ağayevin bu fikirləri ciddi narazılıqla qarşılanmaqla yanaşı, həm də yeni müzakirələrə yol açıb.

P.S. Gündüz Ağayevin məlum karikaturasına ifadə və yaradıcılıq  azadlığı fonunda baxmaq mümkündür. Lakin bu azadlığın içində sui-istifadə və ya siyasi baxış və ya başqa bir nəsnədən qərəz varsa, proses qeyd olunan kriteriyalardan çıxır. Bu artıq bir şəxsin (yaradıcı olub olmamasından asılı olmayaraq) daha çox qəzərə, kinə və böhtana çevrilir.

Aydın məsələdir ki, Azərbaycanda insan haqları, demokratiya məsələlərində ciddi problemlər var. Bu inkar olunmur və haqlı olaraq hakimiyyət tənqid olunur. Lakin fakt odur ki, Qarabağada yaşayan ermənilərə Bakıdan ərzaq göndərilib. Və bunu humanist addım kimi qiymətləndirmək daha doğru olardı. Üstəlik, Azərbaycan Qarabağ ermənilərinin üzərinə ordu və ya polis qüvvəsi göndərmədiyi halda, belə bir tənqidin ortaya çıxması ifadə azadlığından daha çox, qərəzin məhsulu kimi diqqəti çəkir.

İsmayıl Cəlilovla müsahibədə səsləndirdiyi fikir isə birmənalı olaraq Gündüz Ağayevin karikaturada nəyi vurğulamaq istədiyini ortaya qoyur. Yəni, adam Qarabağı Azərbaycan torpağı hesab etmir, onun gələcəkdə kimə məxsus olacağını düşünür və sairə. Bu isə o deməkdir ki, Gündüz Ağayev hər nə qədər istedadlı karikaturist olsa da, bir o qədər Azərbaycana münasibətdə əks mövqedədir.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button