ManşetSosial

Göyçay sakinləri keçmiş müavindən şikayətçidirlər: “İkram Vəliyev bizə 34 min manat ziyan vurub”

Göyçay rayonu, Ləkçıplak kənd sakinləri Kərimov Afiq Ağamusa oğlu, Kərimov Orxan Əhəd oğlu və Xəlilov Şahid Ziyəddin oğlu rayon icra başçısının keçmiş birinci müavini İkram Vəliyevdən şikayətçidirlər. JAMAZ.İNFO-ya göndərdikləri şikayət məktubunda sözügedən şəxslər bildiriblər ki, Vəliyev onlara 34 min manat ziyan vurub.

Belə ki, onlar 10 noyabr 2023-cü il tarixdə hər biri 12-13 kq olan 3880 yeşik xurma meyvəsini İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyducu anbara yığıblar. Razılaşmaya əsasən 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8000 manat pul ödəyiblər. “Dekabırın sonuna kimi xurma meyvəsinin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq. Ancaq 3 yanvar 2024-cü il tarixdə bizə məlum oldu ki, 34000 manat dəyərində meyvə xarab olub. Bu isə soyuducu anbarda baş vermiş nasazlığa görə baş verib”.

Şikayətçilər yazırlar ki, İkram Vəliyev onlara dəyən ziyanı ödəməkdən imtina edir. “Biz həmin xurmanı sakinlərdən almışdıq ki, satıb gəlir əldə edib, onların pulunu ödəyək. İndi isə İkram Vəliyevin özbaşınalğına görə kənd sakinlərinə borclu qalmışıq, pulu ödəyə bilmirik. Hər gün evimizə borc sahibləri gəlir. Artıq həyatımızdan bezmişik”.

Qeyd edək ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbar iş adamı Fərhad Əhmədova məxsusdur. Şikayətçilər bildirirlər ki, Fərhad Əhmədov icra başçısının keçmiş birinci müavini İkram Vəliyevi özünə məxsus balıq gölləri, fermer təsərrüfatı və soyducu anbara müdir vəzifəsinə təyin edib.

Şikayətçilər onlara dəyən zərərin ödənilməsi üçün dövlət başçısına da müraciət edərək, ondan kömək istəyiblər.

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button