Azərbaycanda məmurların, xüsusən də gömrükdə çalışan iri çinlilərin oliqarx həyatı yaşaması gizlin məsələ deyil. Zaman-zaman üzə çıxan faktlar, videogörüntülər də təsdiq edir ki, rüşvət və korrupsiya yolu ilə pul qazanan belə məmurların maraqlı əyləncələri də mövcuddur.
JAMAZ.İNFO xəbər verir ki, fotoda gördüyünüz şəxs Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevdir. Bu şəxs “xidməti ezamiyyət” adı ilə səfər etdiyi ölkədə əyləncəsindən də qalmayıb. Və həmin əyləncə mərkəzlərindən birində rəqs edən rəqqasənin yaxasına pul taxmaqdan da çəkinməyib.
Bildirək ki, generalın harada əyləndiyi və ya hansı ölkədə kef çəkdiyini dəqiqləşdirə bilməmişik. Bununla bağlı araşdırmamız davam edir.
Qeyd edək ki, Həsən Abdullayev uzun müddətdir DGK-də çalışır və əsas qruplaşmanın üzvlərindən biridir. Bundan başqa, onun böyük sərvətə malik olması, oliqarxlar sırasında dayanması da verilən məlumatlar arasındadır.
Xatırladaq ki, sözügedən fotoşəkil sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.