ManşetÖlkə içi

GDU-da maaş qalmaqalı: “Rektor təmir adı altında yeyinti ilə məşğuldur”

Gəncə Dövlət Universitetinin bir qrup müəlli maaş azlığından və rektor Yusif Yusivovun özbaşınalığından şikayət ediblər. JAMAZ.İNFO-nun elektron poçtuna GDU-nun baş müəllimi S.Əlixanlının imzası ilə müraciət edən müəllimələr bildiriblər ki, dərs dedikləri universitet özünü maliyyələşdirən qurum olduğu üçün əmək haqları artırılmır.

Əlixanlı bununla bağlı təhsil naziri Emin Əmrullayevə müraciətində yazır ki, GDU-nun rektoru Yusif Yusibov müəllimlərin maaşlarını qaldırmır. “Universitetin büdcəsini təmir və müxtəlif layihələr adı altında mənimsəyirlər.  Bizdə 20 ildən çox stajı olan dosentlər 710 manat,  laborant heyəti isə 250-300 manat həddində maaş alır. Siz deyin, indiki şəraitdə bu maaşla biz necə dolanaq?”

Şikayətçilər nümunə kimi, Azərbaycan Texnologiya Universitetini göstəriblər. “ATU-da də saxta təmirlər  və şişirdilmiş büdcə xərcləri olmadığı üçün maaş bizdən çox yüksəkdir. Dəfələrlə sosial şəbəkələrdə

və saytlarda bu haqda yazılıb. Lakin rektor Maliyyə Nazirliyində işləyən qardaşı Cahangir Yusibova arxalanaraq bildiyini edir.  Siz təhsil nazirisiz, biz  cənab Prezidentə də yazmışıq, niyə gözləmə mövqeyi tutursuz, ay Emin müəllim? Bəs, bu müəllimlər kimə dərdlərini desinlər? Nə vaxt baxacaqsız bu kasıb müəllimlərin şıkayətinə?”

Əlixanlı qeyd edir ki, artıq müəllimlər dilənmək zorundadır. “Az miqdarda

verilən məzuniyyət pulunu da  heç yana getmiyə-getmiyə Gəncədə xərcləyib qurtarmışıq.  Bəs, bizim istirahət hüququmuz yoxmudur? Biz də dənizə, və ya başqa istirahət mərkəzlərinə getmək istəyirik”.

GDU-nun baş müəllimi yazır ki, Yusif Yusibovun rektor olaraq ümumiyyətlə qəbul günü yoxdur. “Dərdimizi deməyə yer tapa bilmirik. Biz də insanıq. Bizim də yaxşı yaşamaq haqqımız var. Və siz nazir olaraq, bunca qanunsuzluğa rəğmən, Yusif Yusibovun qulağından tutub, niyə çölə atmırsız?”

Yazıda adı keçən təhsil ocağının, habelə rektor Yusif Yusibovun da mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button