ManşetSosial

“Əziz Əzizov və Bədəl Bədəlov NZS sakinlərini evsiz qoyub” –ŞİKAYƏT

Nizami rayonundan olan bir qrup şəxs JAMAZ.İNFO-nun electron poçtuna məktub göndərərək, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlovdan şikayətçi olduqlarını bildiriblər.  

Onlar yazırlar ki, Nizami rayonunun “NZS” adlanan hissəsində, Babək prospektində hektarlarla torpaq sahəsi Suraxanının icra başçısı Əziz Əzizov və Bədəl Bədəlov tərəfindən zəbt olunub. “İllərdir davam edən “işğal” prosesi nəticəsində bu ərazidə – Neft Şirkətinin balansında olan bu

torpaqlarda bütöv bir şəhər salınıb. Bu şəhərin “memarları” isə Əziz Əzizovla Bədəl Bədəlovdur”.

Şikayətçilər iddia edirlər ki, NZS-də hektarlarla torpaq sahəsini “işğal edən” cütlük bu illər ərzində həmin torparlarda hər biri 1,5-2 sot ərazini əhatə etməklə minlərlə ev inşa edib. “Bu evlərin satışından milyonlarla manat vəsait əldə ediblər. Halbuki, biz sadə vətəndaşlar özümüzün, övladlarımızın mənzilə, həyətyanı əraziyə olan ehtiyacımızı təmin etmək üçün yarım sot torpaq tapa bilmirik. Bu məqsədlə dəfərlə İcra Hakimiyyəti və bələdiyyəyə müraciət etsək də, bizə bildirirlər ki, balansımızda rayon sakinlərinə verə biləcəyimiz torpaq sahəsi yoxdur.  Soruşanda ki, bəs, niyə NZS-dəki torpaq sahəsindən rayon sakinlərinə 1 sot da olsun torpaq verilmir? İlqlar adlı yetkili bildirir ki, o torpaqlar bizim yox, Dövlət Neft Şirkətinin balansındadır

və bu torpaqların aqibətinə Bədəl Bədəlov qərar verir”.

Şikayətçilər əlaqədar dövlət qurumlarından xahiş edirlər ki, Əziz Əzizovla Bədəl Bədəlovun Nizami rayonu ərazisindəki özbaşınalığına, qeyri-qanuni biznesinə son qoysun. “NZS-dəki neft torpaqlarını zəbt olunmasının qarşısını alınsın, bu torpaqlarda inşa edilən tikililər sökülsün. Nizami rayon sakinlərinə məxsus torpaqlardan onların istifadəsinə şərait yaradılsın. Ümid edirik ki, bu müraciətimiz öz bəhrəsini verəcək və uzun illərdir ki, davam edən bu problem nəhayət ki, öz həllini tapacaq”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button