AraşdırmaManşet

Ermənistanın 5 milyard dollarlıq itkisi: “Artıq “İsgəndər”, “Toçka U” və daha bir neçə növ raketlərimiz yoxdur”

44 günlük müharibə zamanı Ermənistanın hansı itkilərlə üzləşdiyi barədə rəsmi məlumatlar olmasa da, erməni müxalifəti vaxtaşırı bununla bağlı rəqəmlər açıqlayır. JAMAZ.İNFO xəbər verir ki, həmin müharibə zamanı Azərbaycan tərəfi ermənilərin itkiləri barədə əlində olan mümkün məlumatları açıqlayıb.

Bakının açıqladığı rəqəmlərdən belə başa düşülür ki, Ermənistan ordusunun döüyşlərdə itirdiyi canlı qüvvə sayı 7000 nəfərdən çoxdur. Bundan başqa, itirdiyi hərbi texnikaların dəyəri isə 3.8 milyard dollar təşkil edib. Buraya 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksi, 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib.

Ermənistan Respublikaçılar Partiyasının gənclər təşkilatının sədri, keçmiş prezident Serjik Sarkisyanın yaxın adamlarından biri olan Henrix Danelyan isə bildirib ki, 44 günlük müharibədə ölkəsi 5 milyard dollar dəyərində silah və hərbi texnikadan məhrum olub. “Həmin silahların bir hissəsi döyüşlər zamanı vurularaq, sıradan çıxarılıb. Bir hissəsi isə Azərbaycan Ordusunun əlinə keçib”.

Onun sözlərinə görə, Serjik Sarkisyan hakimiyyətdə olan zaman Rusiyadan alınmış 50 min ton hərbi yardım, 250 milyon dollarlıq hərbi texnika tamamilə məhv edilib. “Ermənistan ordusunun “İskəndər”, “Toçka U”, “Smerç”, “Konkurs” idarə olunan tank əleyhinə raketləri və digər müasir silahları artıq yoxdur. Onlar ya məhv edilib, ya da istismara yararsızdır”.

Danelyan canlı qüvvə itkiləri barədə də danışıb. O deyib ki, təkcə Ermənistanın müharibədə itirdiyi əsgər və zabitlərin sayı 5000 nəfərdən çoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button