Xəbər verildiyi kimi, mayın 9-da Xankəndidə separatçılar qanunsuz olaraq aksiya keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, Kremlin kuklası olan Ruben Vardanyanın təşkilatçılığı ilə keçirilən aksiyada əsas “tələb” Azərbaycandan ayrılmaq olub.
Erməni mətbuatı yazır ki, həmin “mitinq”dən canlı yayım aparmaq istəyən Ermənistan telekanallarına bununla bağlı qadağa qoyulub. Onlardan tələb olunub ki, Xankəndidə keçirilən aksiya barədə ümumi məlumat verə bilərlər, lakin canlı yayıma icazə verilməyib.
“Hraparak”ın yazdığına görə, rəsmi İrəvan həmçinin Qarabağdan canlı yayınlar edilməsinə də qadağa tətbiq edib və bununla bağlı yerli TV-lərə xəbərdarlıq da edibmiş.