İqtisadiyyatManşet

Ermənistandan Xankəndinə gələn kəmər ləğv edilir?- Şəhər 7 gün qazsız qalacaq

Sabahdan etibarən iyulun 5-nə kimi, hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii qaz olmayacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi məlumat verib.

Həmin məlumatda deyilir ki, qaz verilişinin dayandırılması magistral kəmərdə təmir işləri ilə əlaqədardır.

Erməni mətbuatı isə bu hadisəni tapmaca hesab edir. Onlar yazırlar ki, məsələ heç də texniki deyil. Çünki indiyə qədər, hətta müharibə dövründə belə Qarabağa gedən qaz kəməri ilə “mavi yanacağın” ötürülməsində bu qədər fasilə yaranmayıb. Onlar hesab edirlər ki, bu fasilə yeni Laçın yolu ilə bağlıdır.

Belə ki, həmin yolun istifadəyə verilməsinə az qalır. Azərbaycan tərəfi də yeni qaz kəmərinin məhz həmin yol boyu çəkilməsinə razılıq verib. Qaz xəttinin köçürülməsi ilə əlaqədar fasilənin yarandığı iddia olunur.

Lakin ağlı başında olan bir neçə erməni deyir ki, uzunluğu 25 km olan Laçın-Xankəndi qaz kəmərinin bir həftə ərzində yeni yol boyu çəkilməsi imkansızdır.  Üstəlik, indiyə qədər bu istiqamətdə hər hansı işlər də aparılmayıb.

Ermənilərin yeni versiyası isə budur ki, Xankəndiyə Ermənistandan gedən qaz kəməri ləğv olunur. Onu isə Azərbaycan özünün qaz xəttinə qoşmaq qərarı verib. Bu yeni xəttin qoşulması üçün isə 7 günün kifayət etdiyini deyənlər də az deyil.

Hələlik rəsmi Bakı qaz kəməri ilə bağlı hər hansı açıqlama verməyib. Yalnız “Azəriqaz”ın rəsmisi bir müddət əvvəl bəyan etmişdi ki, onlar Xankəndi və onun ətrafında yaşayan erməniləri təbii qazla təmin etməyə tam hazırdırlar və bunu istənilən vaxt həyata keçirə bilərlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button