GündəmManşet

Ermənistan Qarabağdan qoşunlarını çıxarmasının tarixini açıqladı: 30 AVQUST

44 günlük müharibədən sonra imzalanmış razılaşmaya əsasən Ermənistan Azərbaycan ərazisindəki bütün hərbi birləşmələrini çıxarmalarıdır. 10 noyabr anlaşmasının 4-cü bəndidə bu açıq şəkildə göstərilib.

JAMAZ.İNFO xəbər verir ki, müharibənin bitməsindən bir il yarım keçməsinə baxmayaraq, erməni tərəfi həmin bəndin icrasını həyata keçirməyib. Üstəlik, həyasızcasına bəyan edirlər ki, Qarabağda onların qoşunları yoxdur.

Bu gün məlum olub ki, Ermənistan Müdafiə Nazirliyi Qarabağa hərbçi göndərmək prosesini dayandırmaq barədə qərar verib. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin və  Baş Qərargahın şəxsi heyətin idarə edilməsi baş idarəsinin rəis müavini, polkovnik Saak Saakyan bildirib ki, proses avqustun 30-na kimi başa çatdırılacaq.

Onun sözlərinə görə, indiyə qədər Ermənistanda məcburi hərbi xidmətə çağırılmış əsgərlər püşkatma yolu ilə Qarabağda xidmətə yolasalınırdı. Həmin proses valideynlər tərəfindən də izlənilirmiş. “Bu gündən etibarən Qarabağın adı həmin püşkatma siyahısından çıxarılıb. Hərbi siyasi rəhbərlik qərara gəlib ki, bundan sonra Qarabağda yalnız xidməti müqaviləli hərbçilər xidmət edə bilərlər. Yəni, müddətdən artıq xidmət etmək istəyənlər. Son çağrışçımız 2020-ci ilin yayında Qarabağa göndərilib. Onların da müddəti bu ilin iyulun 1-dən avqustun 30-na kimi tamam olur. Bu ilin avqustun 30-dan etibarən Qarabağda Ermənistan ordusunun çağırışçı kimi xidmət edən bir əsgəri belə qalmayacaq”.

Ssaakyan onu da deyib ki, 1 sentyabrdan etibarən Qarabağdakı “müdafiə ordusu” hərbi kontingentini və say tərkibini öz imkanları hesabına təmin etmək məcburiyyətindədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button