
Ermənistan XİN-i bu gün Laçın dəhlizi ilə bağlı növbəti açıqlamasını yayıb. JAMAZ.İNFO xəbər verir ki, nazirlik Azərbaycan tərəfinin üçtərəfli razılaşmanı pozduğunu və 3 həftədən artıqdır yolu bağlı saxladığını iddia edib.
Ermənistan XİN-i onu da iddia edib ki, guya, Azərbaycanın məqsədi Qarabağda yaşayan erməniləri deportasiya etməkdir.
Daha sonra erməni tərəfi təklif edib ki, Qarabağda humanitar vəziyyəti qiymətləndirmək, eləcə də BMT-nin müvafiq orqanları üçün bölgəyə humanitar yardımların maneəsiz çıxışını təmin etmək məqsədi ilə Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməlidir. “Biz bunu zəruri hesab edirik”.
Ermənistan XİN-i bəyanatda daha sonra Rusiya sülhməramlı kontingentindən heç bir ilkin şərt olmadan dəhlizin açılmasını tələb ediblər.