ManşetÖlkə içi

Ermənistan Qarabağla bağlı BMT-yə müraciət etdi: Məsələni TŞ-nin iclasına çıxarmaq istəyirlər  

Ermənistanın həyasızlığı davam edir. JAMAZ.İNFO xəbər verir ki, bir tərəfdən sülh haqqında danışan İrəvan, dünən Qarabağla bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib.

Erməni tərəfinin iddiasına görə, Qarabağda mülki əhalinin vəziyyəti ağırdır, orada guya, humanitar böhran yaşanır. Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryanın yazdığı məktubda qeyd edib ki, guya, Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı aqressiv davranır, onları “blokada”da saxlayır. Onların məntiqi ilə Azərbaycan Laçın dəhlizini açmalı və Ermənistandan Qarabağa maneəsiz yüklərin daşınmasına imkan verməlidir.

Qeyd edək ki, bu tipik erməni həyasızlığıdır. Bunun başqa adı yoxdur. 30 il torpaqlarımızı işğalda saxla, 1 milyona yaxın insanımızı yurd-yuvasından didərgin sal, indi də Azərbaycanın daxili işlərinə burun soxmağa çalış. Bu sarsaqlar hələ də  anlamırlar ki, Azərbaycan əvvəlki deyil. Və Bakı heç bir şəkildə daxili işlərinə qarışmağa Ermənistana icazə verməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button