ManşetÖlkə içi

Ermənistan Qarabağa 303 milyon dollar pul ayırır

Ermənistan Qarabağdakı ermənilərə gələn il 303 milyon dollar pul ayıracaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə həmin ölkənin parlamentində keçirilən büdcə müzakirələrində qərar verilib.

Məlumatda deyilir ki, ayrılacaq pul “dövlətlərarası kredit” şəklində veriləcək. Onun illik faizi isə 0.01 fazi nəzərdə tutulub. Geri qaytarılması ilə bağlı tarix isə açıq saxlanılıb.

O da bildirilir ki, ötən il 120 milyon dollar təşkil edən həmin maliyyə yardımının bu il iki dəfədən çox artırılması Qarabağda tikinti işlərinin aparılması və kənd təsərrüfatının dirçəldilməsi üçün nəzərdə tutulub. Bundan başqa, Qarabağdakı ermənilərin təqaüdlərinin verilıməsi, habelə evsizlərə yardım göstərilməsi də bu xərclərə daxildir.

Qeyd edək ki, Ermənistanın Qarabağa maliyyə yardımı ayrıması, xüsusən də bunu “dövlətlərarası borc” şəklində verməsinə Azərbaycanın heç bir reaksiya verməməsi qəribədir. Çünki rəsmi Bakı Qarabağın Azərbaycana məxsus olduğunu deyir. Əgər belədirsə, o zaman Azərbaycan ərazisində yaşayan bir xalqa, başqa bir dövlətin nümayişkəranə şəkildə pul ayırması hansı məntiqə sığır? Ümumiyyətlə, Azərbaycan niyə Ermənistana  bu barədə xəbərdarlıq etmir?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button