
Yerevan sərhəddə yaranan vəziyyət səbəbindən Rusiya və Azərbaycanla birgə komissiyadakı fəaliyyətin konstruktivliyinə inanmır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə iyunun 1-də Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan açıqlama verib.
Bundan əvvəl Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti görüşlərinin keçirilməsinin Bakı və Yerevandan asılı olduğunu bildirmişdi. “Hazırda bu iş davam etdirilmir, çünki dediyim kimi bu iş yalnız bir halda, əgər fon və ümumi vəziyyət ən azından stabil olarsa effektiv ola bilər. Sərhəddə baş verən hadisələri nəzərə alsaq, mən bu sahədə işin konstruktiv olacağını hesab etmirəm. Nəticə etibarilə son dövrlər bu sahədə olan əlaqələr qismən dayanıb”.
Onun sözlərinə görə, buna səbəb əsasən sərhəddə baş verən hadisələrdir.