ManşetÖlkə içi

Ermənistan Müdafiə Nazirliyi sərhəddə təxribat törətmiş hərbçini cəzalandıracaq

Xəbər verildiyi kimi, dünən Ermənistan ordusu Azərbaycan Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonu istiqamətindəki mövqelərini atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, təxribat nəticəsində DSX-nın bir hərbçisi yaralanıb.

Hadisə ilə bağlı erməni tərəfi əvvəlcə təkzib açıqlaması versələr də, Azərbaycan tərəfi bununla bağlı videogörüntülər təqdim etməklə, Ermənistanı fakt qarşısında qoyub. Bunun ardından Ermənistan Müdafiə Nazirliyi araşdırmalara başladığını bəyan edib. Nazirlikdən bildiriblər ki, sərhəddə atəş açılması barədə əmri yuxarı komandanlıq verir. “Lakin dünən Ermənistan Müdafiə Nazirliyinin yuxarı komandanlığı bu barədə hər hansı əmr və göstəriş verməyib. Hazırda faktı araşdırırıq. Özbaşınalıq edərək, atəş açan hərbi qulluqçunun kimliyi müəyyən edildikdən sonra barəsində qanuni tədbir görüləcək”.

Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistanın atəşkəs rejimini pozmasını iki ölkə arasında sülh danışıqlarına zərbə vurduğunu bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button