ManşetSosial

Ermənistan Miqrasiya Xidməti: “2 Azərbaycan vətəndaşı Ermənistandan sığınacaq istəyib”

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti iddia edib ki, bu ilin birinci yarsında  2 Azərbaycan və 10 Türkiyə vətəndaşı Ermənistandan sığınacaq üçün müraciət edib.

JAMAZ.İNFO xəbər verir ki, sözügedən qurum Azərbaycan vətəndaşlarından birinin ərizəsinə xitam verib. Digərinin isə aqibətinə aydınlıq gətirməyib.

Xidmət 10 Türkiyə vətəndaşından ikisinin müraciətinə xitam verdiyini, birinə rədd cavabı verildiyini vurğulayıb. Digər 7 nəfərə sığınacağın verilb, verilmədiyini isə bildirməyib.

Məlumatda deyilir ki, 2023-cü ildə ilin birinci yarısında Ermənistana ümumilikdə 440 nəfər sığınacaq üçün müraciət edib. Onlardan 156-nın fəaliyyəti dayandırılıb, 55-i rədd edilib, 179 nəfər isə qaçqın statusu alıb. 2023-cü ildə ilin birinci yarısında Ermənistandan ən çox sığınacaq istəyən İraq vətəndaşları – 131 nəfər, ikinci yerdə Ukrayna vətəndaşları – 115 nəfər, üçüncü yerdə İran vətəndaşları – 40 nəfər olub.

Rusiya siyahıda 6-cı yerdədir.

P.S. Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq bu tip məlumatlar yayır. Hələ bir müddət əvvəl bu ölkənin Kadastr Xidməti də bildirmişdi ki, guya, 4 Azərbaycan vətəndaşı Ermənistanda torpaq sahəsi və mülk alıb. Lakin bu qurumların heç biri onlarla bağlı ad çəkməyib.

“2 Azərbaycan vətəndaşı Ermənistandan sığınacaq istəyib” tipli xəbərlər də publikaya hesablanmış məlumatdan başqa bir şey deyil. Onun həqiqət yükü də yoxdur və blefdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button