
Ermənistan-Azərbaycan sərhəddinin Qafan-Gorus yolu üzərində yeni gömrük-keçid məntəqələri tikilir. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sərdi Rüstəm Badasyan deyib.
O bildirib ki, bu gündən etibarən Qafan-Gorus yolunda gömrük işçiləri fəaliyyətə də başlayıblar. “Hələlik onların əsas funksiyaları müəyyən edilməyib. Gömrük işçilərimiz yolda avtomobillərin yoxlanılması, rüsumların müəyyən edilməsi və bu qəbildən olan işlərlə məşğul olacaqlar. Tezliklə onların daha rahat fəaliyyət göstərməsi üçün Azərbaycanla sərhəddə gömrük-keçid məntəqəsi də inşa ediləcək”.
Badasyan deyib ki, indiyə qədər hər hansı Azərbaycan maşını Ermənistan dövlət sərhəddini keçməyib. “İndiyə qədər belə bir hal olmayıb ki, Azərbaycana məxsus hansısa avtomobil Ermənistan ərazisinə keçsin və yollardan istifadə etsin. Əgər belə bir hal olarsa, nəzərədə tutulmuş qaydada rüsum tətbiq ediləcək”.
Qeyd edək ki, bu daha çox Ermənistanın Azərbaycana cavabı kimi diqqəti çəkir. Çünki Azərbaycan tərəfi bir müddət əvvəl Ermənistanla sərhəddə yerləşən Qafan-Gorus yolu üzərində gömrük-keeçid məntəqələri qurub. Noyabrın 1-dən etibarən təkcə xaricdən yük daşıyan və ya yük aparan maşınlara deyil, həmçinin Ermənistan vətəndaşlarına da yoldan istifadəyə görə, rüsum tətbiq olunub.