AraşdırmaManşet

Ermənilərin növbəti hiyləsi: Erməni Kilsəsi Qarabağ “hökumət”ini əvəz etməyə planlayır  

Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndəsi Edmon Marukyan bir neçə gün əvvəl separatçıların İrəvanda fəaliyyət göstərməsinin qeyri-mümkün olduğunu bəyan etmişdi. JAMAZ.İNFO xəbər verir ki, o bildirirdi ki, “Artsax”ın heç bir “dövlət qurumu” Ermənistan ərazisində fəaliyyət göstərə bilməz və bunu təhlükəsizlik məsələsi adlandırmışdı.

Onun açıqlaması bir neçə gündür Ermənistanda müzakirə mövzusudur. Marukyanın səbəbsiz yerə deyil, birbaşa baş nazir Nikol Paşinyanın təlimatı əsasında belə danışdığı qeyd edilir. Eyni zamanda, Qarabağdakı separatçıların heç bir vəchlə İrəvanda siyasi fəaliyyətlə məşğul olmayacağı vurğulanır.

Amma ermənilər başqa “çıxış yolu” tapıblar. Belə ki, Qarabağ Erməni Apostol Kilsəsi məsuliyyəti üzərinə götürməyə başlayıb. Belə ki, yepiskop Vrtanes Abrahamyan ötən gün rahiblər və digərlərini başına yığaraq, fəaliyyətlərini Ermənistanda davam etdirdəcəklərini bəyan edib.

O deyib ki, Qarabağın “dövlət strukturu” kimi deyil, oradakı ermənilərin “hökuməti” kimi təmsil olunacaq. “Hraparak” bu barədə yazıb ki, “dövlətçiliyin olmadığı bir vaxtda kilsəmiz həmişə idarəetmə funksiyalarını öz üzərinə götürüb. Bu məsələdə də belə ola bilər. Amma onu da nəzərə almalıyıq ki, ərazilərimizi işğal edən düşmənlər, Azərbaycan kilsənin rəsmi mövcudluğuna icazə verib. Ona görə də, kilsə Qarabağda hökuməti əvəz edə bilər”.

P.S. Nəzərə alaq ki, ermənilərin başına gələn əksər müsibətlərin baiskarı kilsə olub. Yüz illərdir min bir fitnə ilə erməniləri yoldan çıxaran kilsə, indi də ənənəsini davam etdirmək istəyir. Qarabağ Erməni Apastol Kilsəsinin dini ayinləri deyil, separatçı kimi Xankəndiyə ötürmək və orada ənənəvi fitnəkarlığa başlamaları isə mənasızdır. Çünki Azərbaycan buna imkan verməyəcək. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button