GündəmManşet

Ermənilərdən iddia: “Hərbi maşınların bir hissəsi mülki şəxslər tərəfindən Qarabağdan çıxarılıb”

Azərbaycan Müdafiə Nazirliyi son antiterror əməliyyatından sonra qanunsuz erməni silahlı dəstələrin döyüş meydanında qoyub, qaçdığı və giozlətdiyi hərbi texnika və silah-sursatı nümayiş etdirir. JAMAZ.İNFO xəbər verir ki, həmin silahlar arasında ağır hərbi texnika, yaylım atəş sistemləri, artilleriya qurğuları və çoxlu sayda sursat var.

Erməni tərəfi isə iddia edir ki, bu gün Azərbaycan tərəfinin nümayiş etdirdiyi texnika və silahlar onlara verilməyib. “Hraparak” qəzeti bununla bağlı yazıb ki, hazırda nümayiş etdirlən texnika və silahlar döyüş zamanı ərazidə qalanlardır. “Qarabağdakı hökumət razılaşmaya əsasən silahları və texnikanı ruslara təhvil veriblər. Azərbaycan tərəfinə heç bir silah verilməyib”.

Qəzet daha sonra iddia edir ki, Qarabağdakı qondarma “müdafiə ordusu” ləğv edildikdən sonra ona məxsus olan hərbi maşınlardan hərbi nömrələr çıxarılıb. “Yerinə isə mülki nömrələr qoyulub. Həmin maşınları isə mülki şəxslər Qarabağdan çıxarıblar. Çıxarılması mümkün olmayanları isə ya məhv ediblər, ya da yararsız hala salıblar”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button