ManşetÖlkə içi

DSX qisas əməliyyatı keçirdi: Düşmənin iki hərbçisi öldürülüb, xeyli yaralısı var

İki gündür Ermənistan tərəfi təxribata əl ataraq, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. JAMAZ.İNFO xəbər verir ki, dünən Zəngilan istiqamətində erməni tərəfinin atəşkəsi pozması nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir hərbçisi yaralanmışdı.

Dünən gecə isə erməni tərəfi Tovuz rayonunun Koxanəbi kəndini atəşə tutaraq, təsərrüfatlara zərər vurub.

Az öncə məlum olub ki, Ermənistan ordusu daha bir təxribata cəhd edib. JAMAZ.İNFO xəbər verir ki, bu dəfə düşmən Nerkin Hand kəndi yaxınlığında mövqelərimizi atəşə tutub. Düşməni susudurmaq üçün Azərbaycan Ordusu lazımi tədbirlər görüb.

Ermənistan Müdafiə Nazirliyi az öncə açıqlama yayaraq bildirib ki, Nerkin Hand kəndi yaxınlığında baş verən atışma nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bundan başqa, bir neçə yaralı da var.

Hadisənin səhərə yaxın, 05:30-da baş verdiyi deyilir.

Bu əsnada, Dövlət Sərhəd Xidmətinin (DSX) açıqlama yayıb. Xidmətdən bildiriblər ki, DSX-nın bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button