Ermənistan tərəfi dünən Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərinin adını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan İstintaq Komitəsi döyüşlərdə 3 əsgərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Yaralananlar Arman Atasyan, Lernik Navoyan və Yarik Ohanyandır. Onlardan biri Arman Atasyanın vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bu yaralılar Zərkənd istiqamətində Azərbaycan gülləsinə tuş gələnlərdir. Digər mövqelərdə yaralananların sayı barədə hər hansı bir açıqlama verilmir. Həmçinin Ermənistan Müdafiə Nazirliyi dünən verdiyi açıqlamasının da yalanı çıxıb. Belə ki, nazirlik 3 əsgərin yüngül yaralandığını bildirmişdi. Bu gün isə onlardan birinin durumunun ağır olduğu üzə çıxıb.