GündəmManşet

Ermənilər Xoznavarı tərk edirlər: “Biz dedilər ki, kənd yaxın günlərdə Azərbaycana veriləcək”   

Azərbaycan-Ermənistan sərhəddinə yaxın ərazidə yerləşən Xoznavar kəndinin sakinləri evlərini tərk edərək, Cermux və yaxın rayonlara yerləşməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli sakinlərə istinadən məlumat yayıb.

Məumatda deyilir ki, Xoznovar sakinlərinin evlərini tərk etməsi və ətraf rayonlarda yerləşmələrinin səbəbi kəndin yaxın günlərdə Azərbaycana veriləcəyi ilə bağlı xəbərlərin yayılmasıdır. Belə ki, erməni sakinlərə deyiblər ki, sərhədlərin müəyyən edilməsi prosesi yaxın vaxtlarda başlayacaq və xəritəyə əsasən kənd Azərbaycana verilməlidir.

Bundan başqa, Xozanavar sakinləri Azərbaycan Ordusu kəndin yaxınlığında mövqe qurduqdan sonra problemlə üzləşdiklərini deyiblər. Onlar bildiriblər ki, artıq heyvanlarını otarmaq üçün sahələri yoxdur. Həmçinin su və digər məsələlərdən də əziyyət çəkirlər.

Bəzi məlumatlara görə, sözügedən kəndin əhalisinin artıq yarısı evlərini tərk ediblər. Onların çox Cermux şəhərində qərarlaşıblar. Onlardan biri Vvaro Qriqoryan deyib ki, müharibəyə qədər Laçında yaşayıb. “Oradakı evimi müharibədə itirdim. Sonra Xoznavara daşındım. Artıq ordan da çıxmışam və Cermuxda kirayə qalıram. Artıq ikinci evimi də itirdim. Bizə dedilər ki, yaxın vaxtlarda Xoznavar Azərbaycana veriləcək. Ona görə də, kənddən çıxdıq və bura yerləşdik”.

Xatırladaq ki, bu ilin mayın 12-dən etibarən Azərbaycan Ordusu Ermənistanla dövlət sərhədlərimizi bərpa etməyə başlayıb. Proses nəticəsində dəfələrlə insident olsa da, problemin silahlı toqquşmaya çatmasına imkan verilməyib. Eyni zamanda, yazıda adı keçən Xoznavar kəndinin aqibəti sual altındadır və Ordumuz oranın 2.5 km-də qərarlaşıb. İrəvan tərəfi də bəyan edib ki, Azərbaycanla aparılacaq danışıqlar əsasən Xoznavar və Sotk kəndləri ilə bağlı olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button