Ermənistanın Azərbaycanla sərhədd rayonlarından biri olan Qeqarkuna məxsus kəndlərdən birində keçirilən toyda məclis iştirakçıları avtomat silahlardan havaya atəş açıblar. JAMAZ.İNFO xəbər verir ki, hadisə fevralın 23-də baş verib.
Hadisədən sonra bəzi ermənilər guya, Azərbaycan əsgərlərinin onlara atəş açdığını, sərhəddə atəşkəs rejimini pozduqlarını iddia edib. Üstəlik, sosial şəbəkələrdə bununla bağlı hay-küy salmaqdan da çəkinməyiblər. Lakin ermənilərin yalanı heç iki gün çəkməyib. Elə erməni polisi onların yalanlarını üzə çıxarıb.
Məlum olub ki, toyda yaxşıca yeyib-içən ermənilər Qarabağdan gətirdikləri avtomat silahlarla havaya atəş açıblar. Rayon polisi bununla bağlı əməliyyat keçirib və qısa zamanda havaya atəş açanları saxlayıb. Onlardan 3 ədəd “Kalaşnikov” markalı avtomat silah götürülüb.