GündəmManşet

Ermənilər Paşinyanın yolunu bağladı: Moskva səfərini önləmək üçün

Xəbər verildiyi kimi, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, görüşdə Qarabağa dair məsələlər və bölgədəki vəziyyət müzakirə olunacaq.
Erməni mənbələrinin yaydığı məlumata görə, bu gün səhər saatlarında İrəvan aeroporuna gedən yol bir qrup müxalifətçi tərəfindən bağlanıb. Belə ki, onlar bu fün saar 08:00-da Moskvaya gedəcək baş nazir Nikol Paşinyanın səfərinə mane olmaq istəyiblər. Əraziyə DYP əməkdaşlarının cəlb edilməsindən sonra yolu açmaq mümkün olub.
JAMAZ.İNFO xəbər verir ki, aeroport yolunun bağlanması çağırışını Ermənistanın Vətən Partiyasının sədri Arsen Babayan edib. O dünən gecə özünün Facebook səhifəsində tərəfdarlarına müraciət edərək, onlardan səhər saatlarında Paşinyanın Moskva səfərinə imkan verməmək üçün yolun bağlanmalarını istəyib. Bu səhər küçəyə kiçik bir qrup müxalifətçi çıxsa da, polis müdaxiləsindən sonra hərəkət bərpa olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button