
İyunun 14-də Ermənistan silahlı qüvvələrinin yerləşdiyi Yeraxsa qəsəbəsi istiqamətindən Naxçıvan Muxtar Respublikasının Sədərk rayonunun ərazisi atəşə tutulmuşdu. JAMAZ.İNFO xəbər verir ki, həmin atışmada bir erməni əsgəri öldürülmüş, biri isə yaralanmışdı.
Qeyd edək ki, həmin insident zamanı Azərbaycan Ordusunun əsgəri də yaralanmışdı.
Bu gün səhər saatlarında, təxminən 11:00 radələrində Ermənistan Naxçıvanla sərhəddimizdə növbəti təxribatını törədib. Belə ki, Yersax qəsəbəsi istiqamətində yerləşən düşmən Sədərk rayonundakı hərbi mövqelərimizi atəşə tutub. Atışma zamanı ölən və yaralanan olmayıb.