Dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, sözügedən istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.