GündəmManşet

Ermənilər itkilərini açıqlayıb: Sərhəddə vəziyyət necədir?

Xəbər verildiyi kimi, dünən gecədən etibarən Ermənistan tərəfi Kəlbəcərdə şərti sərhəddə Azərbaycana qarşı təxribatlara start verib. JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi Ordumuzun mövqelərini vurmaq üçün ağır artilleriya və PUA-lardan istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir ki, düşmən atəşi nəticəsində 3 hərbçimiz yaralanıb. Hərbçilərimizin Şəhid olması haqqında heç bir məlumat yoxdur. Nazirlik belə bir halın olduğunu təkzib edir.

Ermənistan tərəfi isə durumlarının yaxşı olmadığını etiraf etməyə başlayıblar. Onlar bildirir ki, Zod istiqamətində başlatdıqları təxribat nəticəsində üç əsgərini itiriblər. Yaralılarının sayının isə 5-ə çatıb.

Hazırda sərhəddə vəziyyət necədir? Müxtəlif mənbələrdən JAMAZ.İNFO-ya daxil olan məlumata görə, döyüşlər əvvəlki intesivlikdə davam etmir. Son saatlarda atışmalar azalıb. Düşmən mümkün qədər istehkamlarını gücləndirməklə yanaşı, həm də bölgəyə əlavə hərbi qüvvə və texnika cəmləməyə çalışır.

Bəzi hərbi ekspertlər isə bildirirlər ki, erməni tərəfi Hindisatan və daha bir neçə ölkədən aldıqları silahlara güvənərək, Azərbaycan Ordusuna ciddi müqavimət göstərə biləcəklərini hesablayıbmış. Lakin elə ilk cəhddən itki verməklə, geri çəkilmək məcburiyyətində qalıb. Aldıqları silahların da onların işinə yaramadığı üzə çıxıb.

Ermənistan parlamentinin milli təhlüksəzilik komissiyasının sədri Andranik Koçaryan isə bildirib ki, Zod istiqamətində baş verənlər onlar üçün yeni təcrübə olub. “Biz müqavimət göstərməyə çalışırıq. Bunu nə qədər bacarırıq, ya yox, bu barədə döyüşlər bitəndən sonra danışacağıq. Vəziyyəti təhlil edəcəyik”.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalini hədəfə aldığını iddia etmişdi. Lakin erməni tərəfinin iddiasına elə Zod kəndinin sakinləri cavab veriblər. Onlar “Hraparak” qəzetinə bildiriblər ki, Azərbaycan Ordusu kəndi atəşə tutmur. Kənd sakinlərinin sözlərinə görə, döyüşlər məntəqədən xeyli uzaqda davam edir. “Biz yalnız atəş səslərini eşidirik. Kəndə nə bir güllə atılıb, nə də mərmi düşüb”.

Amma sakinlər bir çox ailələrin Zodu tərk etdiyini də deyiblər. “Onlar niyə kəndi tərk ediblər, bilmirik. Amma hazırda kənd atəşə tutulmur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button