ManşetSiyasət

Ermənilər isterika içində: “Azərbaycan Ordusu Göycə mahalını götürəcək”

“Nikolun hər yeni açıqlaması yeni məğlubiyyətin bəyanatıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi politoloq Ara Vardanyandır.

O iddia edib ki, Ermənistanın baş naziri Azərbaycan və Türkiyənin tapşırıqlarını yerinə yetirir.

Vardanyan bildirib ki, Paşinyan Harutyunyanla birləşərək, Qarabağı “təslim etmək” fikrindədir. Bunun üçün onların planlarının da olduğunu deyən erməni politoloq, Samvel Babayanı misal göstərib. “Paşinyan və Arayik Qarabağdakı hakimiyyəti Babayana ötümək istəyirlər. Babayan isə Azərbaycanla danışığın, Ağdam yolunun açılmasının tərəfdarıdır”.

Erməni politoloq başqa bid iddia ilə də çıxış edib. O qeyd edir ki, Azərbaycan tərəfinin davamlı olaraq sərhəddə vəziyyətin gərginləşməsi və atəşkəsin pozulması ilə bağlı yaydığı məlumatlar səbəbsiz deyil. “Azərbaycan bunu adətən hərbi əməliyyatlara hazırlaşan zaman edirlər. Lakin dünən İranın müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri arasında telefon danışığı olub. Bundan başqa, Ermənistanın müdafiə naziri də Moskvaya gedib. Bu iki halı nəzərə alaraq belə nəticəyə gəlmək lazımdır ki, Rusiya və İran mümkün hərbi əməliyyatların başlamasının qarşısını almağa çalışırlar”.

Vardanyanın bir başqa iddiası da Azərbaycan Ordusunun növbəti hədəfi ilə bağlıdır. Erməni politoloqun məntiqinə görə, Azərbaycan Göycə gölünü hədəfləyib və onu götürmək üçün addım atacaq. “Əliyev dəfələrlə bildirib ki, Göycə onlarındır. Üstəlik, Paşinyan və komandası son vaxtlar su qıtlığından danışmağa başlayıb. İstisna etmirəm ki, gözlənilən hərbi əməliyyatlar Göycə bölgəsinin ələ keçirilməsi istiqamətində olacaq”.

P.S. Qeyd edək ki, Azərbaycanın Ermənistana hər hansı torpaq iddiası yoxdur. Erməni ekspertlərin belə açıqlamaları isə isterikaları ilə bağlıdır. Onlar qorxurlar ki, Azərbaycan Ordusu günün birində Göycə mahalına enərək, öz dədə-baba torpaqlarına qayıdışı təmin etsin. Ermənilər özləri də yaxşı bilirlər ki, bu torpaqlar onların olmayıb. Ona görə də, isterikaları başa düşüləndir. Lakin Azərbaycan Ordusu işğalçı deyil. Heç kimin torpağında gözü yoxdur. Amma ermənilər təxribatlarına davam edərlərsə, bunun da ağır bədəlini ödəmiş olacaqlar. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button