GündəmManşet

Ermənilər Əsgəranda “üçqat müdafiə xətti” qurublar:  Vardanyanın uşaqları “oyun oynayırlar” 

Azərbaycan Xankəndinə 40 ton un göndərdikdən sonra Qarabağdakı separatçılar təcili əl-ayağa düşüblər. JAMAZ.İNFO xəbər verir ki, separatçıların rəhbəri Arayik Harutyunyan bu məsələ ilə bağlı bildirib ki, onlar razılaşmamış bu yükü qəbul etməyəcəklər.

Amma gələn xəbərlərdən belə məlum olur ki, Arayik yükün Qarabağa girməsinə də qarşı deyil. Lakin onun qarşısında Vardanyan, Saakyan və Qukasyan kimi “tülkülər” dayandığından, bu razılığın nələrə gətirib çıxaracağını da yaxşı hesablayıb. Ona görə də, bu məsələdə susmağa üstünlük verir.

Qeyd edək ki, Qarabağda Ağdam yolunun işləməməsi üçün çalışan əsas adam Ruben Vardanyandır. Kremlin kuklası bu prosesdə birbaşa iştirak etməklə yanaşı, tərəfdarlarını da Ağdam-Xankəndi yoluna göndərib. JAMAZ.İNFO xəbər verir ki, ermənilər yolun Əsgəran hissəsində barrikadalar qurmaqla yanaşı, həm də çadırlara yerləşiblər. Vardanyanın rəhbərlik etdiyi qondarma “Qarabağın Təhlükəsizlik və İnkişaf Hərəkatı” təşəbbüsü üzərinə götürüb.

Həmin təşkilatın üzvü Arşak Abrahamyan isə “Hraparak” qəzetinə müsahibəsində deyib ki, Azərbaycan bütün vasitələrdən istifadə edərək, yükləri Xankəndinə çatdırmağa çalışır. “Biz Əsgəranın girişində “üçqat müdafiə sistemi” qurmuşuq. Düz Azərbaycan maşınlarının qarşısında Rusiya bazası, sonra bizim polis postu, üçüncü sırada isə sakinlər dayanıb”.

P.S. Bu bədbəxtə başa salmaq lazımdır ki, sizin məşhur , tərifi yerə-göyə sığmayan “Ohanyan xəttinizi” 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgəri 4 günə yardı. 44 günlük müharibədə isə beton istehkamlar və tunelləriniz də Ordumuzun qarşısında cəmi 1 həftə duruş gətirə bildi. İndi “üçqat” “müdafiə səddi”nizi dağıtmaq elə də çətin bir şey deyil. Daha doğrusu, bir tabor əsgərimizə bunun üçün 15 dəqiqə vaxt lazımdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button