GündəmManşet

Ermənilər bir hərbçimizi girov götürüb: Təmas xəttində gərginlik

Bu gün səhər saat 05:15 radələrində Ermənistan tərəfi bir Azərbaycan Ordusunun əsgərini girov götürüb. JAMAZ.İNFO xəbər verir ki, hadisə Zəngəzur rayonunun Teğ (Dığ) kəndi ərazisində baş verib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun iki silahlı əsgəri Ermənistan-Azərbaycan təmas xəttini keçib.

“Ermənistan Xəbərləri” (news.am) saytı isə bildirib ki, onlardan biri Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən zərərsizləşdirilib. “Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir”.

Sözügedən sayta açıqlama verən Teğ kənd ağsaqqallar şurasının üzvü Arqam Hovsepyan bildirib ki, 2 azərbaycanlı hərbçi sərhədi keçib, onlardan biri qaçıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, bu gün səhər saatlarında Azərbaycan ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisində mövqedən-mövqəyə keçərkən əlverişsiz hava şəraiti ilə əlaqədar itkin düşüb. Nazirlik əsgərimizin axtarışlarına başlayıb. 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button