Dekabrın 9-dan 10-na keçən gecə, saat 04:00-05:00 radələrində Ermənistanın Tavuş rayonu ərazisində bir nəfər azərbaycanlı girov götürülüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə News.am saytı məlumat yayıb.
Sayt iddia edir ki, hadisə Berdvan kəndində baş verib. Kəndin icra nümayəndəsi Sumbat Muqdasyanın verdiyi məlumata görə, girov götürülən azərbaycanlı kənddəki çörək sexinin qarşısında saxlanılıb. “Azərbaycanlı kənddə sərbəst gəzirmiş. Onu çörək sexinin qarşısında olanda saxlayıblar. MTN zabitləri gəlib, onu aparıblar. Detallar barədə məlumatım yoxdur”.
Qeyd edək ki, Azərbaycan tərəfi bu barədə hər hansı məkumat yaymayıb.