Ermənilər Qarabağda yeni yaşayış məntəqəsinin tikintisinə hazırlaşırlar. JAMAZ.İNFO xəbər verir ki, artıq Əsgəran bölgəsinin Hovsepavan kəndində sürətlə tikilən evlərin tikintisi üçün pilot proqrama start verilib. Bu barədə qondarma “DQR”in “şəhərsalma naziri” Aram Sarkisyan armenpress-ə açıqlamasında söyləyib.
O bildirib ki, birinci mərhələdə yüngül konstruksiyalı 5 taxta fərdi evin tikilməsi planlaşdırılır. “Sakinlər şərtləri yaxşılaşdırılmış Fin variantında olan xüsusi evlər 2 yataq otağı, qonaq otağı, mətbəx və daxili vanna otağı ilə 80 kvadratmetr sahəyə sahib olacaqdır. Əlavə olaraq, 1000 kvadrat metrlik bir sahəyə də sahib olacaqlar. Birinci mərhələdə “Şəhərsalma Nazirliyi” müxtəlif modellərdə taxta evlər sifariş edib. Bunlardan hansının yerli iqlimə və yerli şəraitə uyğun olduğuna qərar veriləcək. Müvafiq növü seçdikdən sonra üç il ərzində 7000-dən çox bu cür fərdi evin tikilməsi planlaşdırılır”.