ManşetÖlkə içi

Erməni “vətənpərvərliyi”: Azərbaycan əsgərinə şər atan dana oğrularına cinayət işi açılıb

Ermənistanın Azərbaycanla sərhəd kəndlərində maraqlı hadisələr baş verir. JAMAZ.İNFO xəbər verir ki, indiyə qədər “gəlin, Azərbaycana hücum edək”, “Azərbaycan Ordusunu kəndlərimizin ərazisindən çıxaraq”, “Müharibə edək” deyən, aşırı “vətənpərvərlik” edənlərlər bağlı Ermənistan Prokurorluğu araşdırmalara başlayıb.

“Past” qəzetinin yaydığı xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, bu cür çıxış edənlərin çoxusu dələduzluq və mənimsəmə ilə məşğul olublar. Belə ki, həmin şəxslər “təsərrüfatımıza ziyan dəyib”, “Azərbaycan əsgərləri mal-qoyunlarımızı oğurlayıb” adı ilə sığorta şirkətlərindən bir neçə yüz min dollar pul qoparıblar.

Ermənistan prokurorluğunun araşdırmasına görə, “zərərçəkənlərin”dən bir neçəsinin ümumiyyətlə mal-qarası olmayıb. Onlardan daha bir neçəsinin isə Basarkeçər bazarında mal-qarasını satması üzə çıxıb. Bunu isə “Azərbaycan əsgərləri mal-qaramızı oğurladı” yalanı ilə ört-basdır ediblər.

“Təsərrüfata ziyan dəyməsi” faktının araşdırılması zamanı isə bəzilərinin həqiqətə də əmlakına zərər dəydiyi məlum olsa da, alınan pulla həmin zərər adekvat olmayıb. Yəni, rəqəm şişirdilib.

Məlumata görə, Ermənistan prokurorluğu həmin şəxslər haqqında cinayət işi açıb. Dığ, Şurnuxu, Tatev bələdiyyələrinin rəhbərlərindən bir neçəsi həbs olunub. Digərləri isə polisin nəzarəti altına verilib.

P.S. Ermənilərin “vətənpərvərliyi” də elə özlərinə yaraşan səviyyədədir. Ya unitaz oğurlayırlar, ya da Azərbaycana şər atmaqla pul qazanırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button