GündəmManşet

Erməni “tarixçi”dən Xocalı soyqırımı ilə bağlı qıpqırmızı yalan: Oxuyun və dəhşətə gəlin   

Ermənilər  tarxiənb düşmənçilik etdikləri türkllərə qarşı həmişə qəddar davranıblar. Hələ ötən əsrin əvvəlində Bakılda, Şamaxıda, Qubada və digər yerlərdə törətdikləri soyqırımın izləri bu gün də durur. JAMAZ.İNFO xəbər verir ki, 1992-ci ildə Xocalıda törətdikləri soyqırım isə elə də uzaq keçmiş deyil. Amma heç bir şəkildə bunu boyunlarına almaq istəmirlər. Bu azmış kimi, soyqırımı saxtalaşdırıb, özlərini sudan quru çılxarmaq istəyirlər. Bunun üçün isə etmədikləri həyasızlıq, sırtıqlıq, üzsüzlük və şərəfsizlik qalmır. Necə ki, həmin sifətlərə maliklərdən biri olan və özünü “tartixçi” adlanan Hranuş Xaratyan edib.  

Birinci saxtakarlıq: “Ermənilər məcbur oldular”

Hranuş Xaratyan Xocalı ilə bağlı kitab yazaraq, ermənilərin soyqırım törətmədiyini “isbat” etməyə çalışıb.

Hranuş əvvəlcə Xocalıya ermənilərin niyə hücum etdiyini “əsaslandırmağa” çalışıb. “Tarixçi” yazır: “1991-ci ilin 26 dekabrı və 1992-ci ilin 10 yanvarında Xocalıya iri partiya silah göndəırilib. Daha sonra Azərbaycan Nazirlər Kabinetinin 28 yanvar qərarı ilə Xocalılya 5 milyon rubl pul ayrılıb və həmin pullarla da silah alınmalıydı. Halbuki bu məbləğ Qubadlı və Kəlbəcərə ayrılan puldan daha çox idi. Paralel olaraq, Şuşa və Goranboy rayonlarına da böyük məbləğdə, 6 milyon manat pul ayrılmışdı. Ki, həmin pulla silah alsınlar. Belə olan halda Xankəndidəki ermənilər üçün Xocalının strateji əhəmiyyəti daha cəlbedici oldu”.

Xaratyan dəruni “tarixi” bilgilərinə siyasi rəng qataraq, qeyd edib ki, bu hadisələrdən sonra Xankəndidəki separatçılar məcburiyyət qarşısında qalaraq, Xocalıya gedən yolları bağlayıblar. “Atılan addımlar sayəsində Xocalıya gedən bütün yollar bağlanıldı. Hətta şəhərə ərzaq gətirmək belə mümkün olmadı. Əhali isə artilleriya atəşindən zirzəmilərdə yaşamalı oldular”.

HAŞİYƏ: Ermənistanın üçüncü prezidenti olmuş Serj Sarkisyan özünün müsahibəsində bildirmişdi ki, onlar Xocalıda qətliam törətmək planını əvvəlcədən düşünüblər. Onun sözlərinə görə, məqsədləri Azərbaycan xalqının gözünü qorxutmaq olub. Yəni, bununla göstərmək istəyiblər ki, ermənilər üçün dinc əhali və ya silahlı şəxs anlayışı yoxdur. “Azərbaycanlılar inanmırdılar ki, biz dinc əhaliyə qarşı belə davrana bilərik. Məqsədimiz onların gözlərini qorxutmaq və psixoloji cəhətdən zəiof salmaq idi. Xocalı hadisəsindən sonra bütün cəbhədə bizim uğurlarımız artmağa başladı. Çünki onlar bundan bərk qorxmuşdular”.  

İkinci saxtakarlıq: “Xocalıdan Ağdama “humanitar dəhliz” açılmışdı”  

Hranuş daha sonra “kitab”ında yazır ki, ermənilər Xocalı əhalisinin şəhərdən çıxması üçün guya, “humanitar dəhliz” yaradıblar. Həmin “dəhliz” isə Ağdama qədər uzanıb. Və 618 insanın qətlə yetirilməsinə belə don geyindirib ki, guya, Xocalı sakinlərindən bir hissəsi “dəhliz”dən kənara çıxıb və bu səbəbdən də hamısı güllələnib. “Çoxları bu dəhlizlə Ağdama gedə biliblər. Kimlər ki, dəhlizdən kənara çıxıb, meşəliklə hərəkət edib, onlar gülləbaran edilib. Çünki həımin adamlar silahlı olublar və atışmaya giriblər. Nəticədə, hamısı öldürülüb. Həmin vaxt Xocalı sakinlərinə qarşı heç bir hərbi texnikadan istifadə olunmayıb”.

HAŞİYƏ: Hranuş Xaratyan gözünün içinə qədər yalan danışır və açıq şəklidə öz cinayətlərini ört-basıdr etməyə çalışır. Çünki Xocalıdan Ağdama heç bir dəhliz olmayıb. Bunu isbat edəcək bircə dəlilləri də yoxdur. Günahsız insanları da məqsədli şəkildə qırıblar. Əgər həqiqətən də “dəhliz” var idisə və deyək ki, Xocalılar o “dəhlizdən” kənara çıxmışdılarsa, o zaman mülki əhalini kütləvi şəkildə məhv etmək lazım idi? Erməni “tarixçi” dediyi “əli silahlı dəstələr”in üzvləri 82 yaşlı qoca, 3 yaşlı körpə olub?

Bu bisavad və yalançı heç olmasa ermənilərin “milli qəhrəman” hesab etdikləri Zori Balayanın açıq efirdən dediklərini dinləyəydi. Balayan açıq şəkildə bildirirdi ki, o və başının dəstəsi Xocalıda körpə uşağı divara mıxlayıblar, ananın döşünü kəsib körpənin ağzına qoyublar.

Biz hələ əsir düşmüş xocalılara verilən işgəncələri sadalamırıq.

Həyasızlıq da bir yerə qədər. Bunların işi həyasızlıqdan daha ötə bir şeydir.

Üçüncü Saxtakarlıq: “Xocalıda hər iki tərəfdən cəmi 20 nəfərə yaxın şəxs həlak olub”

Erməni “tarixçi” öz kitabında daha bir yalana imza atıb. Xaratyan iddia edib ki, hadisədən sonra Xocalı şəhərində cəmi 20 nəfərə yaxın mülki şəxs qətlə yetirilib. O hətta jurnalist Çingiz Mustafayevin guya, ermənilər tərəfindən Xocalıya aparıldığını, jurnalistin orada heç bir qətliam görmədiyini iddia edib. “Xocalı şəhərində hər iki tərəfdən bir neçə nəfər, təxminən 20 yaxın adam ölüb. 28 fevralda jurnalist Çingiz Mustafayev döyüşlərdən sonra ilk dəfə Xocalıya ayaq basan şəxs olub. Lakin onun Xocalıdan çəkdiyi kadrları göstərmirlər. Apreldə prezident Ayaz Mütəllibova deyiblər ki, onlar Xocalıda heç nə çəkməyiblər. Çünki orada meyit olmayıb”.

Hranuş bununla da kifayətlənməyib, elə bir həyasızlığa imza atıb ki, heç bir dərəcəyə sığmır. O yazır: “Qəribədir ki, Xocalıdakı “minlərlə insanın ölümü” haqqında danışarkən, Xocalını tərk edən sakinlər Xocalıda ölən konkret bir qohumunun və ya tanışının adını çəkə bilmir. Adı çəkilən bütün qurbanlar Xocalını tərk etdikdən sonra meşələrdə, yol qəzalarında ölənlərdir”.

HAŞİYƏ: Bu “tarixçi” meşənin ortasında avtoqəzaları haradan çıxrıb və ya harasından çıxarıb? Xocalıdan Ağdama qədər olan meşə massivinin içində avtoyol harda var ki, bundan kimsənin xəbəri olmayıb? Yoxsa, həmin gecə Hranuşun iddia etdiyi “meşənin içindəki yolda” “avtoşluq” edənlər varmış da, bizim xəbərimiz olmayıb?

Çingiz Mustafayevin Xocalıya getməsi, oradan çəkiliş aparması da yalandan başqa bir şey deyil. Çingiz günahsız insanları çəkib və bunu Ağdama yaxın bir yerdə edib. Bununla bağlı kadrlar da ortadadır. Bundan başqa, digər operatorlar da eyni ərazidə çəkiliş aparıblar.

P.S. Bəlli olan odur ki, ermənilər o qədər yalan üzərində həyatlarını qurublar ki, reallıqları görmürlər və görmək istəmirlər. Üstəlik, bunu həyasızlığın ən pik formasında edirlər. Həqiqətən də bəzən deməyə söz tapa bilmirsən.    

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button