
Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.