CəmiyyətManşet

Erməni polkovnik: “Laçın və Kəlbəcərdə 17 maşın mina basdırmışıq”

Kəlbəcər rayonunun Susuzluq kəndində mina partlaması nəticəsində iki jurnalist və bir dövlət məmurunun şəhid olması hadisəsi Ermənistanda da müzakirələrə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, ermənilər bununla bağlı maraqlı məlumatlar yaymaqla yanaşı, düşmən ordunun polkovniklərindən birinin də videomüsahibəsini yayımlayıblar.

Tvitterdə yayılmış həmin videoda Ermənistan ordusunun pokovniki Koryun Qqumaşyan həyasızcasına ərazilərimizdə mina basıdırdıqlarını, heç nədən çəkinmədən müharibə cinayəti törətdiyini etiraf edib. O deyib: “Mənim dəstəm Laçın və Kəlbəcər ərazilərində 17 yük maşını dolusu mina basıdırb. Siz minaların əlindən bu rayonlarda heç nə edə bilməzsiz. Ona görə də, bizim əsirləri qaytarın, mən də sizə minalanmış ərazilərin xəritəsini verim”.

P.S. Bunlara deməyə söz də qalmayıb. Bu qədər faşist, ləyaqətsiz və şərəfsiz bir xalqla düşmən olmaq yazılıb taleyimizə. Nə söz keçir, nə də güllə. Həyasızlıqlarından, cinayətkarlıqlarından bir addım geri atmırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button