AraşdırmaManşet

Erməni politoloq: “III Qarabağ savaşı Ermənistanın dövlət kimi sıradan çıxması deməkdir”

“Paşinyan dövlətçiliyimizi itirməmək üçün əlimizdən gələni etməli olduğumuz bir mərhələyə qədəm qoyduğumuzu deyəndə, hesab edirəm ki, Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın başı üzərindən asılmış təhlükələrə işarə edib”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

O qeyd edib ki, Paşinyanın bu bəyanatı birbaşa üçüncü Qarabağ müharibəsinin əsl təhlükəsi, müharibəyə girmək kimi başa düşür. “Bizim imkanlarımız və şansımız Türkiyə-Azərbaycan tandeminin hərbi-iqtisadi potensialından yüz dəfə azdır”.

Keryan vurğulayıb ki, Ermənistan üçüncü Qarabağ müharibəsinin qarşısını almaq üçün mümkün və qeyri-mümkün hər şeyi etməlidir. “Vətənpərvərlik hissini itirməmək üçün, mən deyirəm ki, dünya güc mərkəzlərindən və ekspert dairələrindən gələn məlumatları öyrənməliyik.Biz üçüncü müharibədən qaçmalıyıq, çünki bu, dövlətçiliyimizə zərbə olacaq”.

O bildirib ki, “dövlətçiliyin itirilməsi” ifadəsi Ermənistanın artıq dünya xəritələrində yer almayacağı və ya varlığının tamamilə yox olacağı anlamına gəlmir. “Sadəcə, belə müqavilələr dövlətin boynuna ip kimi dolanan bir şeydir. Bu da  dövləti bütün suverenlik rıçaqlarından məhrum edəcək. Bununla da dövləti, belə demək mümkünsə, yoxluq vəziyyətinə salacaq”.

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın son açıqlamasını şərh edən erməni politoloq deyib ki, Qarabağdakı separatçıların böhrandan çıxmaq üçün heç bir fəaliyyət planı yoxdur. “Üstəlik, qeyd etmək istəyirəm ki, Ermənistanda da belə bir proqram yoxdur. İstər Xankəndi, istərsə də İrəvan Brüssel, Vaşinqton və Moskvanın birlikdə apardıqları danışıqlar prosesinə güvənirlər. Lakin baş nazir Paşinyanın Euronews-a verdiyi son müsahibəsində etiraf etdiyi kimi, onların monitorinqini aparıblar və nəticədə “razılaşma yoxdur” qeyd olunan qalın bir kitab ortaya çıxıb”.

Keryan onu da qeyd edib ki, Qarabağ dünyada tanınmış “dövlət” deyil və bu səbəbdən də onun nəsə etməsi və ya beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi mümkün deyil. “Ermənistan bu gün özü nə edəcəyini bilmir. Belə vəziyyətdə Qarabağdan nəsə gözləmək yanlış olardı. Çünki Qarabağ nə tanınmış dövlət deyil, nə də suveren statusa malikliyi yoxdur. Əgər əvvəllər Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin nəticələri ilə tanış olmaq üçün vaxtaşırı Xankəndinə  gedirdilərsə, 2019-cu ildən sonra bu proses də dayandı. İndi hər şey gedişata bağlı olacaq. Bu gedişatın nələr vəd etdiyini demək isə mümkün deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button