GündəmManşet

Erməni nazir: “Əlimizdə olan meyitlərin arasında Azərbaycan əsgərinin də nəşi ola bilər” – BAKI TƏKZİB EDİR

Qarabağ müharibəsində ölən erməni əsgərlərinin şəxsiyyətini müəyyən etmək üçün DNT analizləri prosesi başa çatıb. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O deyib ki, hazırda bəzi əsgərlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. “Bəzi qalıqlar var ki, bir neçə dəfə cəhd olunsa da, onların üzərində DNT analizi aparmaq mümkün olmayıb. Buna görə də, xaricdən mütəxəssis dəvət etməyi qərarlaşdırmışıq”.

Paşinyan həmçinin onu da deyib ki, şəxsiyyəti müəyyən edilmiş əsgərlərin avlideynləri öz meyitlərini hələ də götürməyiblər. “Onlara xəbər verilib, lakin hələ də öz meyitlərini götürməyiblər”.

Ermənistanın səhiyyə naziri Anait Avanesyan isə bəyan edib ki, hazırda İrəvan morqlarında saxlanılan meyitlər arasında Azərbaycan əsgəri də ola bilər.

“Bunu müəyyən etmək hələlik mümkün deyil. Ona görə də, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət etmişik ki, bu məsələdə bizə köməklik göstərsin və Azərbaycan tərəfi ilə birgə prosesi həyata keçirək”.

Qeyd edək ki, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti bununla bağlı məlumat yayıb. Həmin məlumatda deyilir ki, Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib.

Bildirilib ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilib.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində  Azərbaycan Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button