GündəmManşet

Erməni general: “Paşinyan hesab edir ki, Qarabağ Azərbaycandır”

Ermənistanda sərhədlərin delmitasiya və demarkasiya məsələsi ilə yanaşı, ordunun geri çəkilməsi məsələsi də aktiv müzakirə mövzusudur. JAMAZ.İNFO xəbər verir ki, hələ bir müddət əvvəl Sünik şəhərinin keçmiş qubernmatoru bununla bağlı açıqlamasında müharibədən sonra Ermənistanla sərhəddə yerləşən Zəngilan və Qubadlının bir sıra ərazilərindən qoşunların geri çəkilməsi əmrinin keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan tərəfindən verildiyini demişdi.

Onun sözlərinə görə, ötən ilin dekabrın 17-də Arutyunyan Qorisə gələrək, qoşunların Gorus və Meğridən geri çəkilməsini, habelə Zəngəlan və Qubadlıdakı mövqelərini Azərbaycana verilməsini tələb edib. “Məhz həmin qərar səbəbindən Azərbaycan Ordusu bu gün Qara gölün üstündə qərarlaşıb”.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Baş Qərargah rəisinin sabiq müavini Movses Akopyan da bu barədə danışıb. O deyib ki, noyabrın 10-da imzalanmış sənəddə hər şey yazılıb. “Bu gün insanlar niyə başa düşmür və manipulyasiya edirlər, anlamıram. Həmin sənədi oxuyanda mənə aydın oldu ki, biz bu mövqelərdən çəkilməliyik. Orada çox aydın yazılıb ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri yalnız Ermənistan Respublikasının dövlət sərhədində dayanacaq. Ermənistan Respublikasının başqa yerdə silahlı qüvvələri olmayacaq”.

O deyib ki, onun üçün Zəngilan və Qubadlı Qarabağ deməkdir. “Nikol Paşinyan isə hesab edir ki, Qarabağ Azərbaycandır. Bu qədər sadə”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button