İqtisadiyyat

Səfər Mehdiyevin özfəaliyyətinə etiraz

“Dövlət Gömrük Komitəsi icraedici orqandır, qiymətləri qaldırmaq səlahiyyəti yoxdur. Bunu Nazirlər Kabineti, yaxud parlament edə bilər. Sadəcə, Gömrük Komitəsi qeydiyyatla bağlı özünün daxili rüsumları artırmağı düşünür”. Bu sözləri Reportyor.info-ya iqtisadçı-ekspert Natiq Cəfərli avtomobil və telefonların rüsumlarının artırılması haqda bildirib.

Onun sözlərinə görə, komitə müəyyən prosedurların qeydiyyatı ilə bağlı xidmət göstərir: “Əgər buna xidmət demək olarsa… Heç bilinmir hansı xidmətdir, hansısa kağızı götürüb başqa yerə qoymağı, komputerə məlumatı daxil etməyi “xidmət” sayırlar. Ona görə bununla bağlı da tarifləri artırmağı düşünürlər. Bu da təbii ki, absurd yanaşmadır”. N.Cəfərli hesab edir ki, avtomobillərlə bağlı Gömrük Komitəsinin və hökumətin tutumu anlaşılan deyil: “Dünyada hibridlə, elektriklə işləyən maşınları təşviq etmək üçün rüsumları sıfırlayırlar, güzəşt kampaniyaları həyata keçirilir, bizdə isə rüsumlar günbəgün artırılır. Nəticədə vətəndaşlar köhnə avtomobillərə üstünlük verirlər. Bu da ekoloji çirklənmə artır, qəzaların sayı artır, yekunda vətəndaşın cibinə girilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button