ManşetSiyasət

Erməni ekspert: “Dezinformasiya yaymayın, Azərbaycan haqlı olaraq o üç nəfəri saxlayıb” – Dəlidən doğru xəbər

“Məndə olan məlumata görə, hazırda Azərbaycan tərəfi 4 nəfəri saxlayıb. Onları oğurlamayıblar. Dezinformasiyaya yaymağa ehtiyac yoxdur. Həmin şəxslər Azərbaycan tərəfindən saxlanılıblar”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Hayk Nahapetyan deyib .

O bildirib ki, Azərbaycan həmin erməniləri əsassız yerə saxlamayıb. “Onların əllərində videogörüntü var. Xocavənd rayonundan olan futbolçular stadiona daxil olarkən, Azərbaycanb bayrağını tapdalayıblar. Bu, dövlət rəmzinə hörmətsizlikdir. Bu əməl istənilən ölkədə cinayət sayılır”.

P.S. Buna deyirlər, dəlidən doğru xəbər. Erməninin belə bir məsələni etiraf etməsi özü böyük işdir. Adətən onlar törətrdikləri ən qatı cinayət hadisəsinə don geyindiririlər.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button