GündəmManşet

Erməni deputatdan “Alış nəynən” yanaşması: “Azərbaycanı sərhədlərimizi tanımağa məcbur edəcəyik”

“Azərbaycan nəyisə dəyişmək üçün bizə diktə edə bilməz. Ola bilsin ki, hansısa kəndlə bağlı mübahisəli məsələ olsun, oturub xəritələrlə müzakirə edək”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Mülki Müqavilə” Partiyasından olan deputat Sergey Baqratyan deyib.

O deyib ki, Azərbaycanın İrəvan və Cermuxu tələb etməsi mümkün deyil. “Biz BMT-yə daxil olan 200 dövlətdən biriyik. Sərhədlərimiz də bəllidir”.

Baqratyan bildirib ki, Paşinyanın “kadastr”la bağlı dedikləri yanlış anlaşılıb. “Paşinyan demək istəyir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası aparılmayıb. Lakin bu o demək deyil ki, ciddi sapma ola bilər. Təbii ki, bizim sərhədimiz var, bu, həm Alma-Ata bəyannaməsi ilə, həm də BMT-yə daxil olan zaman təqdim etdiyimiz xəritə ilə müəyyən edilib”.

Erməni deputat daha sonra iddia ilə də çıxış edib. “Biz Azərbaycanı sərhədlərimizi tanımağa məcbur edəcəyik. Bütün ölkələrin ərazi bütövlüyünü tanıyan beynəlxalq normalar var. Sülh müqaviləsinin bağlanması vaxtı gələndə Bakı bu tələblərə diqqətlə qulaq asacaq və sakit şəkildə qoşunları sərhəddən çıxaracaq”.

P.S. Erməni deputatın anlamadığı bir məsələ var. Azərbaycan heç bir ölkəyə ərazi iddiası etmir, o cümlədən Ermənistana. Nə İrəvan, nə də Cermuxun Azərbaycan Respublikasının ərazisi olduğuna dair bir kəlmə belə tapmaq mümkün deyil. Biz bu ərazilərin vaxtıyla Azərbaycana məxsus olduğunu deyirik və bu məsələdə də haqlıyıq.

Qaldı, Ermənistanın davranışlarına, sülh məsələsində də problem yaradan onlardır. Rəsmi Bakının konkret tələb istəkləri var. Və onların hamısı hüquqi cəhətdən əsaslandırılıb. İrəvan isə hər dəfə bir bəhanə ilə məsələdən yayınmağa çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button