ManşetÖlkə içi

Erməni deputat: “Meyitlərimizi meşələrdən çıxarmağa çalışırıq”

“Meşələrdə, xüsusən də Nerkin Hand kəndi yaxınlığında meşələrdə çoxlu sayda əsgərimizin meyitləri qalıb. Tapa bildiklərimizi oradan çıxarırıq. Lakin tapılmayanlar da ola bilər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü, deputat Davit Danielyan deyib.

Erməni deputat iddia edib ki, Azərbaycanın son atdığı addımlar Sünik üzərindən nəqliyyat dəhlizini açmaq məqsədi daşıyır. “Lakin onlar dəhlizlə də kifayətlənməyəcəklər. Daha çox yer istəyəcəklər. Azərbaycan bizim üçün qəbuledilməz tələblər irəli sürür. Təbii ki, razılaşa bilmərik. Amma əminəm ki, Bakı anlayır ki, bizim suveren ərazimizdən dəhliz açmaq mümkün deyil”.

Danielyan qeyd edib ki, müəyyən mövqe problemləri əsasən ona görə həll olunmayıb ki, demarkasiya, delimitasiya baş verməyib. “Onlar son vaxtlara qədər deyirdilər ki, sən bir az irəlidə dayanırsan, bu bizim ərazimizdir. Ya da biz deyirik ki, biz irəlidəyik, əslində isə sərhəd yox idi. Kimin qabaqda, kimin arxada dayandığını müəyyən etmək üçün sənəd lazımdır. Məhz problem də budur ki, Qara göldə, Sisyanda fikirlər müəyyən dərəcədə uyğun gəlmirdi. Həmin problemin həlli isə yalnız demarkasiya və delimitasiyadır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button