ManşetSiyasət

Erməni blogger: “Bu gün Şuşada oxunan muğamın səsini sabah Sünikdə eşidəcəksiz”

Erməni blogger Robert Ayrapetyan “Past” nəşrində maraqlı bloq yazısı ilə çıxış edib. O, Sünik vilayətindəki məmurlardan birinin reklam çarxlarında iştirak etməsini, habelə öz təbliğatı zamanı bəzi vasitələrdən yararlanmasını tənqid edib. Üstəlik, iddia edib ki, həmin məmur Azərbaycanla sərhəddə dövlət qulluğunda olmasına rəğmən, təhlükələri deyil, dostluqdan bəhs edir.

JAMAZ.İNFO xəbər verir ki, blogger bu hadisənin özünü tənqid edərək, Ermənistanda konstitusiyanın pozulduğunu, baş nazir Nikol Paşinyanın qanunlara əhəmiyyət vermədiyini dilə gətirib. “Bu adam Sünik vilayətində baş katibdir. O, Gorus-Qafan yolunun bir hissəsini Azərbaycana təhvil verən komandanın reklamına o qədər aludə olub ki, Ermənistanın “Dövlət qulluğu haqqında” qanununun 32-ci maddəsini unudub”.

Ayrapetyan yazır ki, Nikol Paşinyan öz hüquqlarını diktaturanın qurulması çərçivəsində təyin etdiyi kadrlarını intizama çağırmalıdır. “Yoxsa, Ədliyyə nazirinə tapşıracaqsan ki, ölkədə qanunun, Konstitusiyanın olmasından bir daha təəssüflənsin?”

Ayrapetyan qeyd edib ki, indiki vəziyyətdə bu, iqtidar-müxalifət mübarizəsi deyil. “Bu, Qarabağı təslim edən və Ermənistanı təhlükə altında qoyan insanlarla Qarabağın və Ermənistanın suverenliyini ən yüksək dəyər kimi qoruyanlar arasında mübarizədir”.

Blogger sonda yazıb: “Seçim etməzdən əvvəl Şuşada muğamın səsinə qulaq asın. Çünki onun sabah Sünikdə eşidilməyəcəyinə təminat yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button