
Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün tarixi və yeri barədə konkret məlumat yoxdur. Bu barədə RİA Novosti Türkiyə prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
“Görüşün tarixi və yeri ilə bağlı konkret məlumat yoxdur. Hələlik məsələ təklif səviyyəsində qalır”, – deyə agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasına yola düşməzdən əvvəl keçirdiyi brifinqdə Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirmək niyyətində olduğunu bildirmişdi.