Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə parlamentin avqustun 3-də baş tutan növbədənkənar sessiyasının iclasında qərar qəbul edilib.
Bu əsnada, Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı hadisənin təfərrüatlarını açıqlayıb.
Onun sözlərinə görə, Eldəniz Səlimov polis zabitini yanına çağırıb və onu döyüb. “Üstəlik hələ deyib ki, fəxr elə, səni Milli Məclisin deputatı döyüb”.