“Ermənistan Avropa Birliyinin Rusiyaya sanksiya tətbiq etməsi ideyasını dəstəkləyir. Bununla da təmsil olunduğu KTMT-dəki əsas müttəfiqini itirməyi risk edir”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlərin müəllifi “Komsomolskiy Pravda” qəzetinin hərbi şərhçisi Viktor Baraneçsdir.
O, qəzetin “Voennoe Revyu” radioverilişində Ermənistanın Hollandiyadakı səfirinin davranışlarını kəskin tənqid edib. “Ermənistanın Hollandiyadakı səfiri Avropa Birliyinin nümayəndəsi ilə görüşdə Navalnıya görə Rusiyaya sanksiya tətbiq olunması ideyasını dəstəklədiyini nümayiş etdirib. Belə bir ideyanı dəstəkləmək üçün mütləq İrəvanın yaramaz hakimiyyətindən razılıq almaq lazım idi. Ona görə də, Moskva buna sərt adekvat reaksiya verməlidir”.
Baraneçs xatırladıb ki, bu, Ermənistanın Rusiyaya qarşı ilk hərəkəti deyil. “Ermənistan Qərbin maraqlarını müdafiə edir. Bir müddət əvvəl İirəvan Rusiyadan silah almaq istəmədiyini də bəyan etmişdi. Halbuki KTMT-yə üzv ölkə kimi, müttəfiqi Rusiyadan silah almalıdır”.
Hərbi ekspert Ermənistanın Rusiyaya qarşı xəyanətkar mövqe tutmasına görə, hansı addımların atılmasının zəruri olduğunu da qeyd edib. O bildirib ki, hazırda Moskvanın əlində Ermənistana qarşı istifadə edəcəyi “çox ağrıdıcı” təsir vasitələri var. “Birincisi, Rusiya Ermənistanla hərbi müttəfiqliyi dayandırmalı və götürdüyü bütün öhdəliklərindən imtina etməlidir. Bunun ardından isə hərbi qüvvələrini Ermənistandan çıxarmalıdır. Qorxuram ki, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması məsələsində gecikərik. Bu işi təcili etmək lazımdır. Yoxsa, ağır nəticələrlə üz-üzə qalacağıq”.